Modern.az

Londonda etiraz aksiyası: saxlanılanlar var

Londonda etiraz aksiyası: saxlanılanlar var

4 Aprel 2021, 11:34

Böyük Britaniya paytaxtında manifestasiyaların dağıdılması zamanı polisin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan qanun layihəsinə qarşı etiraz aksiyası zamanı 26 nümayişçi saxlanılıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Londonun hüquq-mühafizə orqanlarının yaydığı məlumatda deyilir.

 

“Polis əməkdaşlarına hücum və ictimai asayişin pozulması da daxil olmaqla, müxtəlif hüquq pozuntularına görə 26 nəfər saxlanılıb”, - məlumatda qeyd olunub. Polis dəqiqləşdirib ki, saxlanılanların birindən soyuq silah götürülüb. Polis əməliyyatı davam edir, bu səbəbdən saxlanılanların sayı arta bilər.

 

Onların qiymətləndirməsinə görə, Londonun mərkəzində nümayişdə 2 minə yaxın insan iştirak edib. 10 polis əməkdaşı aqressiv əhval-ruhiyyəli manifestantlarla toqquşmalarda kiçik zədə alıb.

 

Ümumilikdə, Böyük Britaniyada sözügedən qanun layihəsinə qarşı keçirilmiş etiraz aksiyalarında minlərlə insan iştirak edib. Bir neçə həftə əvvəl Bristol şəhərində keçirilən dinc nümayiş iğtişaşlara çevrilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi