Modern.az

Rusiyada son sutkada 9 minə yaxın yoluxma

Rusiyada son sutkada 9 minə yaxın yoluxma

4 Aprel 2021, 13:39

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 8 817 nəfər artıb.

 

Modern.az “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Koronavirusla Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

 

Son 24 saatda 357 pasiyent vəfat edib, 2 690 nəfər sağalıb.

 

Ümumilikdə Rusiyada 4 580 894 nəfərdə koronavirus aşkarlanıb, 100 374 nəfər dünyasını dəyişib, 4 204 081 nəfər sağalıb. 276 439 pasiyent müalicə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu