Modern.az

Qaxda yanğın

Qaxda yanğın

Aktual

4 Aprel 2021, 14:44

Qaxda yanğın hadisəsi olub.

 

Modern.az-ın məlumatına görə, yanğın rayonun Turaclı kəndində Həsənov Vilayət Həsən oğluna məxsus evə bitişik yardımçı tikilidə baş verib.

 

Yanğın zamanı ümumi sahəsi 50 kv.m olan tikilinin 30 kv.m-i içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

 

Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Tikilinin qalan hissəsi və tikiliyə bitişik ev yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə