Modern.az

90 yaşlı qadın bədbəxt hadisə nəticəsində öldü

90 yaşlı qadın bədbəxt hadisə nəticəsində öldü

Aktual

4 Aprel 2021, 15:49

Qax rayonunda 90 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Qaxingiloy kəndində baş verib.

 

Belə ki, 1931-ci il təvəllüdlü kənd sakini Papiaşvili Jenya Sergeyevna yaşadığı evdə tək olduğu zaman yıxılıb və başı betona çırpılıb. Qadın hadisə yerində həyatını itirib. Onun meyitini evə gələn qızı aşkarlayıb və hüquq-mühafizə orqanlarına xəbər verib.

 

Yaşlı qadın evdə oğlu ilə yaşayıb. Hadisə baş verən gün isə oğlu evdə olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə