Modern.az

Zelenski Rusiya şirkətlərinə qarşı sanksiyaları təsdiqlədi

Zelenski Rusiya şirkətlərinə qarşı sanksiyaları təsdiqlədi

4 Aprel 2021, 23:59

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Müdafiə və Təhlükəsizlik Şurasının Rusiyanın bir sıra qurumlarına və şirkətlərinə qarşı sanksiya tətbiq edilməsi qərarını təsdiqləyib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qərara əsasən, “Rossotrudnichestvo”ya (MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentlik), “Volqa-Dnepr” şirkətinə və digər 10-dək müəssisəyə məhdudiyyətlər tətbiq olunacaq. Onlar qaçaqmalçılıqda ittiham olunurlar.

 

“Rossotrsudnichestvo”nun rəhbəri Yevgeni Primakov hələlik sanksiya ilə bağlı Ukrayna hökumətindən rəsmi bildiriş almadıqlarını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır