Modern.az

Türkiyə Hərbi Dəniz Qüvvələrinin 10 eks-admiralı HƏBS EDİLDİ

Türkiyə Hərbi Dəniz Qüvvələrinin 10 eks-admiralı HƏBS EDİLDİ

Dünya

5 Aprel 2021, 10:08

Türkiyə polisi Hərbi Dəniz Qüvvələrinin 10 keçmiş admiralını həbs edib.

 

Modern.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar kollektiv məktubla İstanbul Boğazları haqqında Montre konvensiyasının müdafiəsinə qalxmışdılar.

Həmin məktuba ümumilikdə, 103 keçmiş türkiyəli admiral qol çəkmişdi.

 

Boğazlar haqqında Montre konvensiyası 1936-cı ildə imzalanıb. Razılaşma Bosfor və Dardanel boğazlarından xarici gəmilərin keçməsi üçün şərtləri müəyyənləşdirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı