Modern.az

Sərxoş halda Cəbrayıl ərazisinə keçənlər YAXALANDI  

Sərxoş halda Cəbrayıl ərazisinə keçənlər YAXALANDI  

5 Aprel 2021, 14:36

Cəbrayıl rayonunda Füzuli rayon sakinləri Səlim Qasımov və Elçin Abdullayev idarələrində olan avtomobillərlə sərxoş vəziyyətdə minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstəriblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, onlar rayon ərazisində qurulmuş postda polis əməkdaşlarının "saxla" tələbinə məhəl qoymayıblar. Cəbrayıl ərazisinə daxil olan həmin avtomobillərin saxlanılması polis əməkdaşları tərəfindən təmin edilib. S.Qasımov, E.Abdullayev və onların sərnişinləri Füzuli rayon sakinləri Elgün Babayev və Mehrac Hacıyev Polis Şöbəsinə gətiriliblər.

 

Həmin şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə tədbir görülüb və törətdikləri əmələ qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi