2020-ci ilin dekabr ayında Müasir Müsavat Partiyası sıralarına qatılan sabiq deputat Gülər Əhmədova partiyanın bundan sonrakı planları haqqında Modern.az-a danışıb. O bildirib ki, müəyyən proyektlər üzərində çalışırlar:
“Partiya sədri ilə birlikdə nəzərdə tutduğumuz proqramlar var. Məsələn, xarici ölkələrin partiyaları ilə iş birliyi, beynəlxalq əlaqələrin yaradılması və gücləndirilməsi üzərində işlər gedir. Beynəlxalq təcrübədən yaralanaraq müəyyən təkliflər hazırlayırıq. Hər biri uğurla həyata keçiriləcək”.
G.Əhmədova 2020-ci ildə Müasir Müsavat partiyasına üzv olub. 2021-ci ilin martında o, partiya sədri Hafiz Hacıyevin qərarı ilə beynəlxalq məsələlər üzrə sədr müavini təyin edilib.
Mehri QURBAN