Arxiv
6 Aprel 2021, 09:03 | MÜSAHİBƏ
Deputat: “İslahatları aparmaq cəsarət tələb edir” - MÜSAHİBƏ

Milli Məclisin deputatı Kamran Bayramov Modern.az-a müsahibə verib. 


- Kamran müəllim, Azərbaycanı xaricdə təmsil edən deputatlardansınız. Vətən müharibəsindən sonra dünyanın ölkəmizə baxışı da dəyişdi. Bizə maraqlıdır, deputatlar bundan sonra təmsilçilik məsələsində nə etməlidir?
 


- Ermənistanın işğalçılıq siyasəti və torpaqlarımızın işğal altında olması hər zaman parlament diplomatiyasının ən vacib məsələlərindən biri olub. Hazırda isə parlament diplomatiyasının gücləndirilməsi əsas istiqamətlərdən biridir. Bununla bağlı ötən ilin mart ayının 10-da cənab Prezidentin altıncı çağırış Milli Məclisinin ilk iclasındakı çıxışı zamanı deputatların beynəlxalq təşkilatlarındakı fəaliyyət istiqamətləri ilə bağlı çərçivələr müəyyən edilmiş, onların beynəlxalq fəaliyyətinin səmərəliliyini artırılması zərurəti qeyd edilmiş, müvafiq tövsiyələr verilmişdir. Təbii ki, deputatlar tərəfindən də bu sahədə bir çox işlər görülüb. Parlamentlər çərçivəsində elə bir təşkilat yox idi ki, orada həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri və fəsadları, həm Azərbaycanın gördüyü işlər, həm də  iqtisadi uğurlar və həyata keçirilən islahatlar səsləndirilməsin, geniş məlumat verilməsin. 44 günlük müharibə və onun nəticələri isə bu sahədə parlament diplomatiyasının daha da gücləndiriliməsini tələb edir.

 

- Belə desək, bundan sonra əsas işiniz müharibədən sonrakı proseslərin dünyaya çatdırılması olacaq.

 

- Əvvəllər münaqişənin acı həqiqətlərinin təbliğ olunması və Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə təqdim olunması Azərbaycan parlamentarilərinin bir nömrəli vəzifəsi idisə, bu gün o məsələ hələ də gündəmdədir. Hal-hazırda beynəlxalq ictimaiyyətinin diqqətini erməni terrorçuları tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törətdilən vəhşiliklərə, o cümlədən mədəni, tarixi və dini abidələrinin dağıdılması və məhv edilməsinə, təbii sərvətlərin talanmasına yönəltməliyik. Deməli, torpaqlar işğaldan azad olunandan sonra əsas vəzifəmiz 30 ilə yaxın müddətdə erməni barbarlığını və vəhşiliyini dünyaya tanıtmaqdan ibarətdir. Vətən müharibəsindən 4 ay keçib və biz bütün beynəlxalq tədbirlərdə bu məsələni gündəmə gətiririk. Təəssüf ki, məlum səbəblərdən tədbirlər onlayn formada keçirilir. Düşünürəm ki, yaxın zamanlarda ermənilərin bizə vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı, bu sahədə də deputatlarımız tərəfindən təbliğat işləri davam etdiriləcək. Hazırda konkret məlumatları verə bilmirik. Çünki qiymətləndirmə işləri gedir. Ziyanın məbləği, onun miqyası  müəyyən olunmalıdır. Biz bu məlumatları tam biləndən sonra öz xəttimizlə beynəlxalq təşkilatlarda, konfranslarda bu məsələləri qaldıracağıq, işıqlandıracağıq və xarici həmkarlarımıza müraciət edəcəyik ki, bu cinayətlərə münasibət bildirsinlər və qiymət versinlər, eləcə də təzminatın ödənilməsi ilə bağlı Ermənistan dövlətinə və diplomatiyasına öz təsirlərini göstərsinlər.

 


- Müharibədən sonra xarici tədbirlərdə erməni deputatla rastlaşmısınızmı?

 

- Həm 44 günlük müharibə, həm də müharibədən sonra keçirilən beynəlxalq tədbirlərə erməni deputatlar qatılmırdılar. Bu da ölkə daxilindəki vəziyyətlə bağlı idi deyə, Ermənistan parlamentinin deputatları heç bir beynəlxalq tədbirə qatılmırdı. İştirak etdiyim NATO-nun və digər beynəlxalq təşkilatların tədbirlərində erməni nümayəndə heyəti yox idi. Beynəlxalq tədbirlərə qatılıb nə danışacaqlar?! Artıq danışacaqları nəsə yoxdur. Beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad edilmiş torpaqlara səfərləri təşkil edilir. Hesab edirəm ki, bu genişləndirilməlidir. Mübarizə ona görə lazımdır ki, biz bütün dünyaya Qarabağın Azərbaycan torpaqları olduğunu sübut etməliyik. Təkcə torpaqları işğaldan azad etməklə prosesi bitmiş hesab edə bilmərik. Bütün dünya görməlidir ki, Ermənistan o torpaqları işğal edəndən sonra öz torpağı kimi yanaşmayıb. Əgər Ermənistan iddia edirdisə ki o torpaqlar onlarındır, o zaman niyə dağıdırdılar?! Niyə abidələri dağıdıb, evləri yandırıb, meşələri qırmışdılar?! Ona görə ki, öz torpaqları deyil. İndi müqayisə üçün deyək. Cənab prezident 4 dəfə Qarabağa səfər edib. Hər səfərində bir yolun təməli qoyulur. Mədəni tarixi abidələrin bərpası üçün sərəncamlar imzalanır, vəsait ayrılır. Biz o torpaqlarda olan tariximizi, mədəniyyətimizi bərpa edirik. 30 ilə yaxın müddətdə elə yerlərimiz olub ki, ora insan ayağı dəyməyib. Ermənilər ancaq azərbaycanlıların tikib yaratdığı evlərdə yaşayıblar. Təbii sərvətlərimiz olan qızıl, mis və sair yataqlarımızı daşıyıb satıblar. Bir məsələyə diqqət edək: Onlar bizə məxsus olan torpaqlardakı təbii sərvətləri pula çevirsələr də, oraları abadlaşdırmayıblar. Çünki onların torpaqları olmadığından bu onlar üçün maraqlı olmayıb. Eyni zamanda, ora turist axını da təşkil edilməyib. Ancaq qanunsuz məskunlaşma aparılıb. Livandan erməni əsilliləri Qarabağa gətirib məskunlaşdırırdılar. Halbuki, onların heç birinin Ermənistana aidiyyətı, bağlılığı belə yox idi. Bunda da məqsəd vardı. Sabah etiraz ediləndə onlar “burda ermənilər yaşayıb” deyə bilsinlər.

 

- Kamran müəllim, biz Qarabağ gerçəkliklərini dünyaya tanıtmağa çalışırıq. Bu sahədə bir çox işlər görülür. Sizcə, bu gerçəklikləri MDB ölkələri qəbul edirmi? MDB ölkələrinin parlamentariləri bunu necə qiymətləndirir?

 

- Biz MDB ölkələrinin Qarabağa yanaşmasını Vətən müharibəsində gördük. Bir neçə dövlət açıq formada dəstəyini ifadə etdi. Amma, söhbət ondan gedir ki, kiminsə dəstəyindən asılı olmayaraq ordumuz bu işi gördü. Bir məsələni də deyim. 30 ilə yaxın idi ki, münaqişənin sülh yolu ilə həllinə çalışırdıq. Ancaq bu məsələ sülh yolu ilə həll olunmurdu. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır!” deməsi, Şuşada Cıdır düzündə yallı getməsi özü təxribat idi. Bu o demək idi ki, biz sülh istəmirik. Yəni heç bir razılığa da getməyəcəyik. Artıq ölkə başçımız bunu anlayaraq müdafiə sistemimizi, ordumuzu hazırlıq vəziyyətinə gətirdi. Son məqamda yenə də təxribatı ermənilər törətdi. O təxribata cavab olaraq əks hücuma keçdik.


- Hər halda, müharibədən əvvəl qatıldığınız beynəlxalq təşkilatlarda məğlub ölkənin deputatları kimi çıxış edirdiz. Bu gün isə o məğlubiyyət damğası götürülüb. Müharibədən əvvəl və sonrakı mənəvi fərq bizə maraqlıdır.

 

- O zamanlar çətin idi. Təsəvvür edin: 500, 600 ya da 1000 nəfərlik böyük tədbir keçirilir. 5-6 azərbaycanlı deputat 5-6 erməni deputatın da qatıldığı tədbirdə nəyisə sübut etmək istəyir. İnanın ki, həmin o 1000 nəfərə bu məsələ heç maraqlı da deyildi. Bu məsələni maraqlandıran ancaq tərəfdaş, yaxın münasibətdə olduğumuz dövlətlər idi. Təbii, biz hər bir tədbirdə Qarabağ məsələsini gündəmə gətirirdik. Biz sülh yolu ilə həll olunması üçün dəfələrlə masa arxasına oturduq, amma Ermənistan oturmadı. Bu illər ərzində bizim də səbr kasamız dolub-daşdı. Sadəcə bu gün beynəlxalq tədbirlər əvvəlki kimi canlı deyil ki, qələbə haqqında, tarixi ədalətin bərpası haqqında canlı şəkildə danışa bilək. Bizim bir istiqamətimiz bitsə də, digər istiqamətimiz meydana gəlib. Əsas məsələ Ermənistanın vəhşilik və barbarlıq siyasətini dünyaya bir daha çatdırmaqdır. Təzminat məsələsi də bizim üçün aktualdır.

 


- Ordumuz MDB məkanına daxil olan ölkələrin ordularına qətiyyən oxşamır. Hardasa NATO təcrübəsi də var. Amma cənab prezident də dediyi kimi,  Türkiyə modeli əsas götürülüb. Siz Azərbaycan ordusunu necə qiymətləndirə bilərsiz.

 

- Azərbaycan NATO ilə sıx əməkdaşlıq edir. Ordumuzun NATO standartlarına uyğun qurulması da əsas məsələlərdəndir. Ancaq müharibə görməyən və müharibədə iştirak etməyən ordu güclü ordu ola bilməz. Təbii ki, orduda hərbi təlimlər keçirilir. Amma bu müharibənin yerini verə bilməz. Artıq Azərbaycan ordusu özünü real şəriatdə sınadı. Çox yüksək peşəkarlıqla üzərinə düşən işin öhdəsindən gələ bildi. Burada strategiyadan da çox şey asılıdır. Ali Baş Komandanın qərarlarından və əmrlərindən çox şey asılıdır. Bizim ordu göstərdi ki, qarşısına qoyulduğu istənilən vəzifəni layiqincə yerinə yetirə bilir. Bu digər dövlətlər üçün də yaxşı təcrübədir. Vətən müharibəsi yeni üsullarla, yeni texnologiyalarla aparılan müharibə idi. Hesab edirəm ki, bundan da böyük silahlara üstünlük veriləcək. Təlimlər ola bilər, ancaq müharibə təcrübəsini yerini heç nə verə bilməz. Ən böyük fayda Türkiyənin ordu təcrübəsidir. Bu gün də biz o təcrübədən faydalanırıq. Hesab edirəm ki, Rusiya və Türkiyə ilə birgə Monitorinq mərkəzinin yaradılması və fəaliyyəti post-müharibə dövründə təhlükəsizliyin qorunması, sülhün təmin edilməsi təcrübəsi kimi də qəbul olunmalıdır. Düşünürəm ki, müharibə zamanı müəyyən çatışmazlıqlar da oldu, bu da təbiidir. Əminəm ki, həmin çatışmazlıqlar üzrə müəyyən hesabatlar, təhlillər hazırlanacaq, zəif tərəflər öyrəniləcək və onların aradan qaldırılması üçün işlər görüləcək.

 

- Azərbaycan ordusunun gücündən danışdıq. Digər sahələrdə gücümüz bacarığmız necədir? Hər sahədə gedən islahatlar bizi qane edirmi?

 

- Bu gün islahatlar dövrünü yaşayırıq. İslahatlar dövrü də müəyyən çətinliklərlə keçir. Bu da təbiidir. Burada bir çox məqamlar var. Bir tərəfdən iqtisadi böhran, digər tərəfdən pandemiya, müharibə və sairə. Bütün çətinliklər içərisində inkişaf gedir. Eyni zamanda, beynəlxalq təşkilatlar apardıqları sorğular nəticəsində Azərbaycana qiymət verirlər. Bu qiymət də nəticələr əsasında formalaşır. Nəticələr var ki, bizə qiymət verilir. Bu gün Azərbaycanın və ordunun inkişafından bəhs edirik. Burada fərqli yanaşmalar var. Ordu quruculuğu bir istiqamətdədir. Onun kimi bir çox istiqamətlər var. Biz istəsək də istəməsək də, hər bir sahədə yenilik və irəliləyiş var. Sadəcə zamanın tələbinə uyun olub-olmadığını qiymətləndirməliyik. Təbii ki, həyatımız da dəyişir. Texnologiyalar da inkişaf edir. Ölkəmizin bütün sahələri bu cür yeniliklərə adaptasiya olunmalıdır. Kənardan bəzi nüanslar var ki, bu inkişafın sürətini azaltmağa çalışır. Bu da anlaşılandır. Tam deyə bilmərəm ki, bütün sahələrdə vəziyyət əladır. Bu belə deyil. Dünyanın heç bir yerində problemsiz nəsə yoxdur. Problem və çətinliklər hər zaman var. Amma, bir məsələyə, dəqiq desək bir sahəyə diqqətinizi cəlb etmək istərdim, bu da ölkəmizdə həyata keçirilən regional siyasətdir. Məlum olduğu kimi, ölkəmizdə regional siyasət böyük uğurla həyata keçirilir, bölgələrimiz durmadan inkişaf edir. Torpaqlarımızın işğaldan azad olunması isə regional siyasətin genişləndirilməsinə, daha geniş vüsət almasına rəvac verir. Əminəm ki, işğaldan azad olunmuş torpaqlarda biz regional siyasətin ən yüksək zirvəsinin, ən böyük uğurlarının şahidi olacağıq.

 


- Eyni zamanda, islahatlar da problem və çətinliklərin həlli üçündür...

 

- İslahatlar yeniliyə açılan qapıdır. İslahatları aparmaq cəsarət tələb edir. O islahatların arxasında nə qədər böyük işlər, tədqiqatlar, qiymətləndirmələr dayanır. Bir sözlə, bu işlər bir dəqiqənin içərisində həll olunmur.

 

- İkinci Qarabağ müharibəsindən sonra bəzi məsələlər diqqət çəkir. Sosial şəbəkələrdə sosial problemlər daha çox qabardılır. Sizcə, bu qələbəyə kölgə salmırmı? Halbuki qələbədən öncə masada Şuşanın, Laçının Hadrutun Kəlbəcərin geri qaytarılması məsələsi yox idi.

 

- 44 günlük müharibə həllini həsrətlə gözlədiyimiz problemi aradan qaldırdı. Bir çoxları elə düşünür ki, bu, danışıqlar yolu ilə həll edilən məsələ idi. Ancaq elə deyil. Hərbi tapşırıqlar verildikcə ordumuz irəli gedirdi. Nəticə də göz önündədir. Amma müəyyən sosial şəbəkələrdə xoş olmayan hallara rast gəlirik. Müharibə boyu həmrəylik vardı. Bu millətin birliyini göstərirdi. İnsanlar gücləri çatan yardımı etmək üçün bizə müraciət edirdilər, baxmayaraq ki, dövlət ordunun bütün təminat və təchizat məsələlərini həll etmişdir. Bu insansevərlikdir. İnsanlar sonuncu pullarını orduya göndərirdilər. Ancaq Ermənistanda vəziyyət fərqli idi. Hökumət orduya yardım etmək üçün insanlara müraciət edirdi. Bizdə isə əksinə idi. Müdafiə Nazirliyi yardım göstərməməyi xahiş edirdi. Ancaq vətəndaşlarımız yardımlarını dayandırmırdı. Bu da insanlarımızın orduya, əsgərə olan sevgisindən irəli gəlirdi. Müharibə boyu ən böyük məsuliyyət yükü Ali Baş Komandanın üzərində idi. Güclü iradə və möhkəm ürək lazım idi. Bu cür nüanslar hər insana xas olmur. Təəssüf ki, qələbənin əhəmiyyətini azaldan insanlar bunu dərk etmir.

 

- 44 günlük müharibə zamanı sərhədlərimizdən kənarda yaşayan insanların rolunu necə qiymətləndirə bilərsiniz?

 

- Diaspor təşkilatlarımız 44 gün ərzində aktiv oldular. Yürüşlər, mitinqlər keçirdilər. Düşünürəm ki, diaspor sahəsində hələ bir çox işlər görülməlidir. Əvvəllər diaspor təşkilatlarımız arasında parçalanma vardı. Hərə bir tərəfdə idi. Onu da deyim ki, diaspor sahəsi asan sahə deyil. Diaspor fəaliyyəti ilə məşğul olan insanlar vətəndən uzaq düşmüş insanlardır. Son 3-4 il ərzində bu sahədə canlanma müşahidə olunur. Koordinasiya şuraları yaradılıb. Diaspor Komitəsi aktivlik göstərməkdədir. Düşünürəm ki, bəzi məsələlərin yoluna qoyulması üçün müəyyən zaman tələb olunur. Eyni zamanda, 44 günlük müharibə diasporumuz üçün də bir sınaq idi.

 


- Yeri gəlmişkən, torpaqlarımız işğaldan azad ediləndən sonra Şuşaya xüsusi nümayəndə təyin olunub. Deməli, bu nümunə bütün ölkənin rayonlarını əhatə edə bilər. Bu mənada bələdiyyələrin fəaliyyəti işğaldan azad edilmiş rayonlarımızda necə aparılacaq? Bələdiyyə bizdə yüksək səviyyəli quruma çevrilə biləcəkmi?

 

- Vətəndaşlarımız işğaldan azad edilmiş rayonlara qayıdandan sonra orada özünüidarəetmə məsələləri gündəmə gələcək. Ancaq xüsusi nümayəndə ayrı məsələdir. Xüsusi nümayəndəlik institutunun yaradılması işğaldan azad edilmiş əraziləri əhatə edir. Onların əsas vəzifəsi orada olan məsələlərin təzimlənməsi, aidiyyatı qurumların fəaliyyətinin əlaqələndirilməsi məsələləridir. Bütün ölkədə tətbiq olunmasını söylədiniz. Bu da təbii ki, işğaldan azad edilmiş ərazilərdəki fəaliyyətindən asılı olacaq. Əgər özünü doğrultsa, digər rayonlarımızda da yaradılacağını istisna etmirəm. Bu gün hələ ki buna ehtiyac yoxdur. Bir milyondan artıq məcburi köçkünümüz var idi. Təəssüf ki, o insanlar yerli özünüidarəetmə sisteminin nə olduğunu bilmirlər. Bələdiyyənin yarandığı tarixdən onlar seçkilərdə iştirak etməyiblər. Ərazilər işğal altında olduğundan bu proseslərdən kənarda qalıblar. İnsanlarımız o torpaqlara qayıdandan sonra bələdiyyələr yaradılmalı, formalaşmalı, seçkilər keçirilməlidir. Bir sözlə, bu sahədə bizi böyük işlər gözləyir. Bu gün bələdiyyə sistemindən gözləntilərimizi tam şəkildə göstərilən etimadı doğrulda bilmirlər. Bunun da müəyyən səbəbləri var. Bəlkə də bu torpaqlara bələdiyyələr formalaşandan sonra daha işlək, vətəndaşlara daha yaxın və yeni model görə bilərik. Dövlətimiz bələdiyyənin inkişafı üçün bir çox tədbirlər görür. Dotasiyalar, subsidiyalar ayırır. Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, onun fəaliyyətinin səmərəliliyinin artırılması, iqtisadi və sosial potensialının gücləndirilməsi üçün bir çox tədbirlər görüb, qanunlar qəbul olunub. Bələdiyyələrin fəaliyyəti əsasən dövlətdən asılı deyil. Daha çox bələdiyyəyə seçilən insanlardan, bələdiyyə üzvlərindən, onları seçən vətəndaşlardan asılıdır. Bir çoxları deyir ki, bələdiyyə müstəqil qurumdur, rəhbəri yoxdu və sairə. Ancaq bələdiyyənin rəhbəri onun seçiciləridir. Sadəcə olaraq seçicilər dərk etməlidir ki, bələdiyyələrə nəzarət edə bilirlər. Əgər mən bələdiyyəni seçirəmsə, işi də ondan tələb etməliyəm. Eyni zamanda, bələdiyyənin məndən istədiyi vergiləri də ödəməliyəm. Vaxtilə bələdiyyələrin əlində geniş torpaq sahələri olub. O vaxtlar torpaqları satmaqla vətəndaşlara müəyyən köməkliklər göstərəcəklərini düşünürdülər. Amma onlar torpaqların tükənən nemət olduğunu unutdular. Halbuki, həmin torpaqlarda bir çox işlər görmək olardı. Bu gün isə vəziyyət ona gəlib çatıb ki artıq torpaqlar belə qalmayıb. Bələdiyyələrin sərəncamında olan torpaqlar tükənib. Buna baxmayaraq, bələdiyyələr ölkədə gedən inkişafa, islahatlara, yeniliklərə uyğunlaşmalı və ayaqlaşmalıdır.

 

- Niyə Azərbaycanda bələdiyyə bağçası, bələdiyyə məktəbi yoxdu.

 

- Çünki bələdiyyələrdə vəsait yoxdur. Vəsait olarsa, qanunda bunların hamısı nəzərdə tutulub. Eyni zamanda, bu işləri həyata keçirməyə bələdiyyə sədrinin istəyi, həvəsi də yoxdur. Halbuki, bunlar gəlirli layihələrdir. Bələdiyyələr isə ən asan yolu seçiblər. Vergini yığım və vətəndaşlara cüzi xidmət göstərim... Bununla da işim bitdi. Bu da onu göstərir ki, bələdiyyə sahəsində uzaqgörənlik yoxdur. Məsələn, biri düşünür ki, 5 il sədr olacam və gələn seçkidə seçilməyəcəm. Nə olur-olsun. Hesab edirəm ki, işə bu cür yanaşma doğru deyil.

 

- Bəs İcra hakimiyyətlərinin bələdiyyələrin işinə müdaxiləsi varmı?

 

- Bununla bağlı iddialar var. O iddialar ondan ibarətdir ki, bəzi İcra hakimiyyətləri bələdiyyələrin işinə toxunur və sairə. Nəzərə alın ki, hər ikisi eyni rayonda çalışır. Əgər rayonda vətəndaşlar problem yaşayırsa, o, İcra hakimiyyətinin üstünə gedir. Amma bələdiyyəyə müraciət etmir. Bunun da səbəbi odur ki, bələdiyyələrdə aktivlik yoxdur. Hesab edirəm ki, bələdiyyələrin fəallığı artmalıdır. Bəzi bələdiyyələr var ki, üzərlərinə düşən işi artıqlaması ilə edirlər. Bu cür hallar vətəndaşlarda da, bələdiyyədə də həvəs yaradır. Yenə də icra hakimiyyətləri ilə bələdiyyələrin fəaliyyət mexanizmlərinə nəzər salanda birinin digəri ilə toqquşmadığı aydın görünəcək. Hər iki qurumun öz səlahiyyətləri, vəzifələri, hədəfləri var.

 

- İşğaldan azad edilmiş torpaqlarda qurulacaq bələdiyyə sistemi necə olacaq? Hazırki vəziyyət orda da davam edəcəkmi?

 

- Əksini düşünürəm. İşğaldan azad edilmiş torpaqlarda xüsusi nəzarət var. Hər bir işə, hər bir sahəyə xüsusi diqqət var. Düşünmürəm ki, o torpaqlarda zəif bələdiyyə fəaliyyət göstərəcək. Bu mümkün deyil. Çünki məcburi köçkün və qaçqın statusu olmuş insanlar bu hüquqdan məhrum edilmişdi. İnsanlar və dövlət orada bələdiyyələrin daha yaxşı fəaliyyət göstərməsinə çalışacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva qardaşını təbrik etdi: “Nə yaxşı ki, varsan!”   3 Avqust 2021, 00:34 Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazandı 3 Avqust 2021, 00:23 Deputatlar Eldəniz Səlimova görə toplanır - Son qərar veriləcək 3 Avqust 2021, 00:11 Ronaldo “Real”a qayıtmaq istəyir 3 Avqust 2021, 00:01 Bill Qeyts boşandı   2 Avqust 2021, 23:50 “YAŞAT” 8163 nəfəri öhdəliyə götürüb 2 Avqust 2021, 23:39 Türkiyədə beş gündə 132 yanğın olub   2 Avqust 2021, 23:33 Putin Paşinyanı belə təbrik etdi 2 Avqust 2021, 23:24 Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır 2 Avqust 2021, 23:09 Məmmədyarov Aronyanla heç-heçə etdi 2 Avqust 2021, 23:02 ABŞ Rusiyanın 24 diplomatını ölkədən qovur    2 Avqust 2021, 22:57 Əməkdar artist koronavirusdan öldü 2 Avqust 2021, 22:44 Yaylaqda köməksiz qalan şəxs xilas edildi   2 Avqust 2021, 22:35 Ruslar Türkiyədə qəzaya uğradı: Ölən və yaralılar var   2 Avqust 2021, 22:30 Azərbaycanda zəlzələ oldu 2 Avqust 2021, 22:14 Marmaris bölgəsində yanğınlar şiddətlənib 2 Avqust 2021, 21:54 Türkiyədə daha 91 nəfər virusdan ölüb 2 Avqust 2021, 21:30 “YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır 2 Avqust 2021, 21:19 FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir - VİDEO+FOTO 2 Avqust 2021, 20:31 İyulda yol qəzalarında 74 nəfər ölüb 2 Avqust 2021, 20:15 MN: İtkilərin olması barədə məlumat yalandır 2 Avqust 2021, 19:49 Ermənistan parlamentinin yeni spikeri məlum oldu 2 Avqust 2021, 19:39 Aliment işləri üzrə 37 milyon manata yaxın ödəmə olub   2 Avqust 2021, 19:25 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu 2 Avqust 2021, 19:20 Azərbaycanda 244 borcluya cinayət işi açılıb 2 Avqust 2021, 19:12 40 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - FOTO 2 Avqust 2021, 18:51 Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO 2 Avqust 2021, 18:48 Amaliya Pənahovanın barelyefi qoyuldu 2 Avqust 2021, 18:43 Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO   2 Avqust 2021, 18:38 Namizədlər üçün vakansiya seçimi başlayır 2 Avqust 2021, 18:30 Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO 2 Avqust 2021, 18:21 Düşmənin başına od yağdıran igid - Şəhid gizirin döyüş yolu   2 Avqust 2021, 18:12 İş adamları üçün yeni imkanlar 2 Avqust 2021, 18:08 Satıcı müştərinin pullarını oğurladı   2 Avqust 2021, 18:02 Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi” 2 Avqust 2021, 17:56