Modern.az

Bakıdakı güclü küləklə bağlı xəbərdarlıq

Bakıdakı güclü küləklə bağlı xəbərdarlıq

6 Aprel 2021, 09:14

Bakı Nəqliyyat Agentliyi güclü küləlkə bağlı sərnişinlərə müraciət edib.

Agentlikdən Modern.az-a daxil olan məlumatda bildirilir ki, hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçıları diqqətli və ehtiyatlı olmağa çağırılır:

"Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etdəsiz".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə