Modern.az

Bəzi COVID-19 xəstələrinin müalicəsi düzgün aparılmır - TƏBİB

Bəzi COVID-19 xəstələrinin müalicəsi düzgün aparılmır - TƏBİB

6 Aprel 2021, 09:50

Son dövrlər ayrı-ayrı şəxslər tərəfindən  “COVID-19” xəstələrinə yanlış tövsiyələr verildiyinə və müalicənin doğru aparılmadığı hallarına rast gəlinir. 

 

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a “COVİD-19" xəstələri ilə çalışan həkim heyətinin və bu infeksiyaya yoluxmuş şəxslərə müraciətdə bildirib.

 

Rəsmi məlumata görə, xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir:

 

“Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq, bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir.

 

Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də  vətəndaşların  fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik:

 

//its.gov.az/files/9/Yetkin_shexslerin_mualicesi_protokol.pdf

 

//its.gov.az/files/9/koaqulopatiya_03122020.pdf

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır