Modern.az

Vaksin bazarında mübarizə: İnkişaf etmiş ölkələr ədaləti POZUR

Vaksin bazarında mübarizə: İnkişaf etmiş ölkələr ədaləti POZUR

6 Aprel 2021, 11:27

Dünya ölkələri COVID-19-a qarşı 8,6 milyard doza peyvənd sifariş verib.

Modern.az ABŞ-ın Dyuk Universiteti yanında Duke Global Helath İnnovation Center-ə istinadən xəbər verir ki, 2021-ci il üçün dünyanın istehsal potensialı 12 milyard doza təşkil edəcək.

 

İstehsalçılarla müqavilə əsasında ən çox doza ehtiyatı əldə edən ölkə və qurumlar sırasına Avropa Birliyinə 27 üzv dövlət adından vaksin alan Avropa Komissiyası (1,8 milyard doza), ABŞ (1,2 milyard doza), Afrika Birliyi (680 milyon doza), Böyük Britaniya (457 milyon doza) və Braziliya (370 milyon doza) daxildir.

 

Dyuk Universitetinin hesablamalarına görə, ən populyar vaksin "AstraZeneca"dır. Bu vaksinin 2,4 milyard dozası sifariş olunub. Populyarlığına görə ikinci vaksin "Pfizer" hesab olunur. Bu vaksinin ildə 1,5 milyard dozasə sifariş olunub. Rusiya bazara 303 milyon doza “Sputnik V”, Çin isə 480 milyon doza "Sinovac" vaksini çıxaracaq.

 

Yüksək gəlirli ölkələr dünyada istehsal edilən vakisnlərin 53%, yaxud 4,6 milyard dozasını sifariş edib. Vətəndaşları aşağı gəlirlərə sahib ölkələr isə həmin vaksinlərin yalnız 16%-ni sifariş edib.


Duke Global Helath İnnovation Center Böyük Britaniya, Avropa Birliyi və Kanada kimi ölkələrin əhalisinin vaksin olunması üçün tələb olunandan çox peyvənd dozası sifariş etdiyini açıqlayır. Məsələn, əhali sayı 375 milyon nəfər olan Avropa Birliyi 1,8 milyard vaksin sifariş edib.

 

Hazırda dünyada vaksinasiya tempinə görə, lider ölkələr İsrail, Böyük Britaniya, ABŞ və Çili sayılır. İsraildə heç olmasa 1 doza vurulan vətəndaşların sayı ümumi əhalinin 60,9%-ni, Böyük Britaniyada 46,4%-ni, Çilidə 36,3%-ni, ABŞ-da isə 31,8%-ni təşkil edir.

 

Avropa Birliyində bu göstərici 12,6%, Rusiyada isə 5,1% təşkil edir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir