Modern.az

İlhamə Quliyeva ilə Flora Kərimova barədə dezinformasiya yayıldı

İlhamə Quliyeva ilə Flora Kərimova barədə dezinformasiya yayıldı

İqtisadiyyat

11 Sentyabr 2012, 16:35

Bu gün [email protected] elektron ünvanından bir sıra saytlara xalq artistləri Flora Kərimova və İlhamə Quliyevanın artıq düşmənçiliyə son qoyduqları barədə xəbər göndərilib. Özünü İlhamə Quliyevanın prodüseri Lamiyə Ələkbərova kimi təqdim edən şəxs xəbərdə bildirib ki, İlhamə Quliyeva xəstəxanada ürəyindən əməliyyat olunanda Flora Kərimova onu gizli şəraitdə, gec saatlarda ziyarət edib, ona gül dəstəsi bağışlayıb.
”İlhamə xanım bu addımına adekvat cavab verərək onunla səmimi şəkildə görüşüb və söhbətləşib. Onları mehriban şəkildə bir yerdə görən tibb bacıları və növbətçi həkim xeyli təəccüblənib. Amma xalq artistləri onlara bildiriblər ki, artıq düşmənçiliyə son qoyublar və barışıblar. İlhamə xanım xəstəxanadan çıxandan sonra Flora xanım onu evində də ziyarət edib. Xalq artistləri birlikdə duet oxuyub klip çəkdirməyə qərar veriblər. Mahnının adı hələlik gizli saxlanılsa da, bircə bu mahnının retro mahnı olduğu deyilir”.

Modern.az saytı əbədi düşmənlərin barışması barədə xəbərin səhihliyindən şübhələnərək onu dərc etməzdən öncə İlhamə Quliyevanın prodüseri Lamiyə Ələkbərova ilə əlaqə saxlayıb. L.Ələkbərova deyib ki. kimsə onun adından dezinformasiya yayıb: “Belə bir barışıq yoxdur, yalan məlumatdır. Kimsə bəzi saytlara mənim adımdan bu cür yalan xəbər göndərib. Bəzi saytlar da yoxlamadan onu yayıblar.

Sevinc İltifatqızı

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir