Modern.az

ÜST "peyvənd pasportu"nu dəstəkləmədi

ÜST

Aktual

6 Aprel 2021, 20:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir.

 

Modern.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə ÜST-ün sözçüsü Marqaret Harris mətbuat brifinqində deyib.

 

"ÜST olaraq bu mərhələdə peyvənd pasportunun giriş və ya çıxış tələbi olaraq görmək istəmədiyimizi bəyan edirik, çünki bu mərhələdə peyvəndin virusun ötürülməsinin qarşısını alıb-almadığına əmin deyilik", -deyə Harris bildirib.

 

ÜST sözçüsü həmçinin əlavə edib ki, bu, müxtəlif səbəblərdən peyvənd oluna bilməyən insanlara qarşı ayrı-seçkilik məsələsini ortaya çıxaracaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat