Modern.az

Kreml Putin-Paşinyan görüşü barədə MƏLUMAT YAYDI

Kreml Putin-Paşinyan görüşü barədə MƏLUMAT YAYDI

7 Aprel 2021, 11:19

Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağdakı situasiya və Ermənistan-Rusiya strateji əməkdaşlığı müzakirə olunacaq.

 

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının reallaşdırılması, həmçinin, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində regiondakı problemlərin həlli üçün atılacaq addımlar müzakirə ediləcək”- deyə Kremlin mətbuat xidmətinin açıqlamasında bildirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır