Modern.az

Azərbaycanda peyvənd olunanların sayı 1 milyonu ÖTDÜ

Azərbaycanda peyvənd olunanların sayı 1 milyonu ÖTDÜ

Ölkə

7 Aprel 2021, 14:46

Azərbaycanda son sutkada 43499  nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 27992 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 15507  nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1025790 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 639463 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386327  nəfərdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir