Modern.az

TƏBİB-ə məlumat verməyənlər cərimələnəcək

TƏBİB-ə məlumat verməyənlər cərimələnəcək

Aktual

7 Aprel 2021, 15:00

Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişiklik təklif olunur.

Modern.az xəbər verir ki, qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulmasına görə TƏBİB-ə məlumat verməyənlər cərimələnəcək

Dəyişiklikdə o da qeyd olunur ki, müalicə müəssisələri tərəfindən qanın, qan  komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) – TƏBİB-ə məlumat verilməməsinə görə-fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan yüz əlli  manatadək məbləğdə cərimə ediləcək.

 

Məlumat üçün bildirək ki, bu məlumatlar Səhiyyə Nazirliyinə təqdim edilirdi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır