Modern.az

“Azərbaycanla sərhəd xətti bərbaddır, möhkəmləndirmə işləri aparılmayıb” – Ermənistan MƏTBUATI

“Azərbaycanla sərhəd xətti bərbaddır, möhkəmləndirmə işləri aparılmayıb” – Ermənistan MƏTBUATI

8 Aprel 2021, 10:35

“44 günlük müharibənin bitməsindən və üçtərəfli 9 noyabr razılaşmasının imzalanmasından keçən 6 ay ərzində sərhəd xətti hələ də təhlükəsiz deyil. Syunik, Qeqarkunik və Vayotsdzor vilayətlərinin yeni sərhədlərində bu günə qədər elementar avadanlıqlar yoxdur”.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazır.

 

“Ermənistan ordusunun hərbçiləri dağlarda sərhədi səngərsiz, müdafiə üçün minimal şərtlər olmadan qoruyur. Bu isə müdafiə naziri Vaqarşak Arutunyan və Baş Qərargah rəisinin kabinetində oturan Artak Davtyanın fəaliyyətsizliyindən xəbər verir. Müharibə başa çatandan bəri cəbhə xəttində heç bir möhkəmləndirmə işləri aparılmayıb”.

 

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycanla cəbhə xəttində mühəndis-istehkam işlərinin görülməsinə ərazinin mürəkkəb coğrafi relyefə malik olması, qarın qalınlığının bəzi yerlərdə 2-3 metrə çatması və donmuş torpaq sahələrinin olması ilə əlaqələndirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?