Modern.az

Sülhməramlılar erməniləri Şuşaya qədər müşayiət etdi - SƏBƏB

Sülhməramlılar erməniləri Şuşaya qədər müşayiət etdi - SƏBƏB

8 Aprel 2021, 23:55

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Bildirilib ki, bu gün rus sülhməramlıları Şuşa şəhəri yaxınlığındakı "sərhəd xəttindəki" qaz kəmərinin zədələnmiş hissəsinin bərpası zamanı təhlükəsizliyi təmin ediblər:

 

"Humanitar minatəmizləmə bölməsinin istehkamçıları borunun zədələnmiş hissəsində partlayıcı maddə olub olmadığını araşdırdılar. Humanitar Reaksiya Mərkəzinin hərbi qulluqçuları təmir xidmətinin nümayəndələrini qəza yerində müşayiət edərək, qaz kəmərində təmir və bərpa işlərinin təhlükəsiz aparılmasını təmin ediblər".

 

Məlumatda sülhməramlıların Qarabağdakı ermənilərə humanitar yardım etdikləri də qeyd olunub.

 

"Bundan əlavə, Humanitar Reaksiya Mərkəzinin hərbi qulluqçuları Rusiya ictimai təşkilatları və xeyriyyə fondları tərəfindən Dağlıq Qarabağa köçürülmüş humanitar yardımların Əsgəran (Xocalı - red.) bölgəsinin Xanatax kəndinə çatdırılmasını təşkil etdilər. Humanitar aksiya zamanı Rusiya sülhməramlıları çoxuşaqlı ailələrə, məcburi köçkünlərə və qaçqınlara qatlanan çarpayıları, yorğanları, yastıqları, yemək bişirmək üçün qaz piltələri, qida məhsullarını təhvil verdilər.

Ailələrə kömək etməklə yanaşı, diaqnostika, xəstələrin qəbulu və müalicəsinin təşkili üçün qan təzyiqi monitorları, ürək dərəcəsi monitorları, qan şəkəri ölçən cihazları, termometrlər və digər tibbi avadanlıqları tibb mərkəzlərinə verdilər", - deyə Rusiya MN-dən bildirilib.

 

Nazirlikdən həmçinin bildirilib ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər:

 

"Gün ərzində 7 bina yoxlanıldı, 12 hektar ərazi, 4 km yol təmizləndi, 40 partlayıcı maddə tapıldı. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bu günə qədər 1934 hektar ərazi, 594 km yol, 1674 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 455 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib".

 

Turan ASLAN

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir