Modern.az

Hakim futbolçudan buna görə avtoqraf istəyib

Hakim futbolçudan buna görə avtoqraf istəyib

Aktual

9 Aprel 2021, 00:59

Çempionlar Liqasında “Mançester Siti” və Dortmund “Borussiya”sı arasında keçirilən qarşılaşmadan sonra yan xətt hakimi Oktavyan Şovrenin futbolçu Erlinq Holandan avtoqraf almasının səbəbi bəlli olub.

 

Modern.az xəbər verir ki, bu barədə idman jurnalisti Emanuel Roşu “Twitter” hesabında yazıb.

 

Arbitr qarşılaşmadan sonra futbolçuya yaxınlaşıb və qeyd dəftərini imzalamasını istəyib.Norveçli hücumçu isə etiraz etməyib.

Jurnalist Emanuel Roşu isə bildirib ki, futbolçu autizmli xəstələrə kömək məqsədilə təşkil olunacaq hərracda satılması nəzərdə tutulan vərəqələrə imza atıb.

 

E.Roşu həmçinin “Barselona”nın hücumçusu Lionel Messinin də rumıniyalı arbitrin niyyətini öyrəndikdən sonra doqquz vərəqəni imzaladığını açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat