Modern.az

“Naxçıvan Televiziya və Radio Verilişləri” QSC-yə sədr təyin olundu

“Naxçıvan Televiziya və Radio Verilişləri” QSC-yə sədr təyin olundu

Aktual

9 Aprel 2021, 09:51

Yeni yaradılan “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə sədr müavini təyin edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

 

Sərəncamla bu vəzifəyə Xaliq Yunis oğlu Babayev təyinat alıb.

 

Xatırladaq ki, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC martın 17-də Naxçıvanın Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında yaradılıb. QSC-yə Sahil Abdulla oğlu Tahirli sədr təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat