Modern.az

Bakının iki küçəsində yol çökdü - FOTO

Bakının iki küçəsində yol çökdü - FOTO

Aktual

9 Aprel 2021, 11:05

Bakı şəhəri, Nizami rayonu Əlif Hacıyev, həmçinin Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçələrində yolun asfalt-beton örtüyündə kiçik çökmələr qeydə alınıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Modern.az-a bildirib ki, dərhal sözügedən ərazilərə qurumun əməkdaşları cəlb edilib:

 

“Abbas Mirzə Şərifzadə küçəsində çökmə istilik xəttinin, Əlif Hacıyev küçəsində isə kanalizasiya xəttinin keçdiyi ərazidə baş verib.

 

Bu üzdən çökmə qeydə alınmış ərazilərə aidiyyəti qurumların əməkdaşları da cəlb olunmaqla hazırda hadisənin səbəbləri aydınlaşdırılaraq qısa müddət ərzində aradan qaldırılması və yolun asfalt-beton örtüyünün bərpası istiqamətində birgə işlər aparılır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi