Modern.az

Rusiya Baş prokuroru Şəhidlər və Fəxri xiyabanları ziyarət edib

Rusiya Baş prokuroru Şəhidlər və Fəxri xiyabanları ziyarət edib

9 Aprel 2021, 12:52

Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov 8 aprel 2021-ci ildən Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərdədir.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, bu gün Kamran Əliyev və İqor Krasnov Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

 

Bundan sonra, hər iki ölkənin Baş Prokurorları tərəfindən 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış kompleks ziyarət edilmiş, abidə önünə əklil qoyularaq xatirələri ehtiramla yad olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir