Prezident İlham Əliyev tibb xidməti polkovniki Elxan İbrahimovla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilib.
Modern.az-ın məlumatına görə, Elxan İbrahimov 2000-ci ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. Ona mayor (2008-ci il) və polkovnik-leytenant (2013-cü il) baş zabit rütbələri Daxili Qoşunlarda xidmət etdiyi müddətdə daxili işlər nazirinin müvafiq əmrləri ilə verilib.
E. İbrahimov 6 dekabr 2013-cü ilədək Daxili Qoşunlar Baş İdarəsinin Tibb xidmətinin hərbi həkim komissiyasının sədri vəzifəsində xidmət edib.
Həmin tarixdən Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifəsinə təyinat alıb.
Elxan İbrahimov 2015-ci ildə “Əməkdar həkim” fəxri adına layiq görülüb.
E.İbrahimov hazırda Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini vəzifəsində xidmət edir.