Modern.az

Rüstəm Muradov Ermənistan hakimiyyətini İTTİHAM ETDİ: “Çirkin təxribat idi”

Rüstəm Muradov Ermənistan hakimiyyətini İTTİHAM ETDİ: “Çirkin təxribat idi”

9 Aprel 2021, 14:22

Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov Ermənistan hakimiyyətini təxribat törətməkdə təqsirləndirib.

 

Modern.az xəbər verir ki, Ermənistanın "Hraparak.am" sayıtının əməkdaşı Yerevanda rusiyalı generala ötən gün Azərbaycanda saxlanılan erməni hərbi cinayətkarların nə üçün qaytarılmadığı barədə sual verib.

Jurnalist: “Nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi?”

Rüstəm Muradov jurnalistə belə cavab verib: “Bu çirkin təxribat idi. Bunu onlardan soruşun, xalqı aldadırlar. Bakıdan əsirləri gətirəcəyimlə bağlı yazılanlar və deyilənlər yalandır. Ermənistanda bu xəbərləri yayanlar məqsədli provokasiya ilə məşğuldur. Bakıya adi səfər etmişəm”.

 

O, Bakıya səfəri zamanı erməni hərbçilərin azad olunmasının planlaşdırılmadığını əlavə edib.  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir