Modern.az

Zidan mövsüm sonunda “Real”ı tərk edə bilər

Zidan mövsüm sonunda “Real”ı tərk edə bilər

Aktual

9 Aprel 2021, 19:34

İspaniyanın "Real" (Madrid) klubunun baş məşqçisi Zinəddin Zidan mövsüm sonunda klubu tərk etməyi düşünür.

 

Modern.az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatı yazır.

 

Qeyd olunur ki, 48 yaşlı məşqçi mənəvi baxımdan yorulduğunu bildirib.

 

Z.Zidan "Real"a 2019-cu ildə baş məşqçi təyin olunub. Bundan əvvəl 2016-2018-ci illərdə də o, kluba rəhbərlik edib.

 

İspaniya mətbuatı "Real"ın sükanı arxasına Almaniya milli komandasının indiki baş məşqçisi Yoahim Lövün gələ biləcəyini yazır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?