Modern.az

DMX ürək tutmasından öldü

DMX ürək tutmasından öldü

Aktual

9 Aprel 2021, 23:06

Amerikalı reper və aktyor DMX (əsl adı Erl Simmons) 50 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Rolling Stone" jurnalı onun ailəsinə istinadən bildirib.

 

Bildirilib ki, E.Simmons "White Plains" adlı hospitalda ürək tutmasından dünyasını dəyişib.

 

Qeyd edək ki, aprelin 3-də "TMZ" jurnalı mənbələrə istinadən xəbər verib ki, repçinin narkotik dozasını aşdığı üçün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?