Modern.az

Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilir

Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilir

Aktual

10 Aprel 2021, 14:26

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin bu gün Bakıda 3-cü toplantısı keçirilir.

 

Modern.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edib. 

H.Hacıyev bildirib ki, türkdilli ölkələr arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir: “İnformasiya və kommunikasiya sahəsində də əməkdaşlığın genişləndirilməsi qarşıda duran prioritet istiqamətlərdən biridir. Media sahəsində əməkdaşlığın lazımi hüquqi parametrləri müəyyən edilib, lazımi sənədlər qəbul olunub ki, bu da əməkdaşlığımızın praktiki formada genişləndirilməsi üçün imkanlar yaradır. Türkidilli ölkələr arasında informasiya təminatının yaradılması vacib şərlərdən biridir”.

 

Toplantı çərçivəsində digər məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunur.

Daha sonra iclas iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı