Modern.az

Türkiyəli iş adamları Quba və Xaçmazda olublar - FOTOLAR 

Türkiyəli iş adamları Quba və Xaçmazda olublar - FOTOLAR 

10 Aprel 2021, 15:48

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin təşəbbüsü ilə Türkiyənin işadamlarından ibarət nümayəndə heyəti Xaçmazdan sonra bu gün Quba rayonunda olub.

 

Modern.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar Quba şəhərindəki "Quba Soyqırımı Memorial Kompleksi"ni  ziyarət ediblər. Ziyarətə gələn  Türkiyəli qonaqlara erməni vandallarının 1918-ci ildə Azərbaycanda, o cümlədən Quba qəzasında törətdikləri insanlığa sığmayan vəhşiliklər barədə geniş məlumat verilib.

 

Quba İH başçısının müavini Səidə Abasova açıqlamasında erməni vandallığı barədə danışarkən türk qardaşlarımızın həmişə Azərbaycanın yanında olduğunu da xüsusi  vurğulayıb. Görüşün sonunda Kompleks tərəfindən hazırlanan təbliğat, tanıtım xarakterli buklet, müxtəlif kitabçalar flayer və digər çap məhsulları gələn ziyarətçilərə, Türkiyəli qonaqlar isə Soyqırımı Memorial Kompleksinə xatirə hədiyyəsi təqdim edilib.

 

Aytəkin ALXASLI

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?