Modern.az

Mingəçevirdə piyadanı maşın vurdu

Mingəçevirdə piyadanı maşın vurdu

Aktual

10 Aprel 2021, 21:54

Mingəçevirdə çimərliyə gedən yol istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, “Opel” markalı minik maşını şəhər sakini, 1940-cı il təvəllüdlü Süleymanova Adilə Əli qızını vurub. 

 

Ayaq nahiyəsindən xəsarət alan qadın hadisəni törədən şəxs tərəfindən xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralının durumu stabilləşib.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?