Modern.az

Ağstafada iki maşın toqquşdu

Ağstafada iki maşın toqquşdu

Aktual

10 Aprel 2021, 22:45

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Qazax rayon sakinləri - 1965-ci il təvəllüdlü Manaf Nəsibov və həmyerlisi, 1989-cu il təvəllüdlü Murad Muradov xəsarət alıblar. Onların hər ikisi xəstəxanaya aparılıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Qəzanın başvermə səbəbləri araşdırılır (report).

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?