Modern.az

Tovuzda ağır qəza - 3 nəfər xəsarət aldı

Tovuzda ağır qəza - 3 nəfər xəsarət aldı

Aktual

10 Aprel 2021, 23:56

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

 

"VAZ" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər - 1993-cü il təvəllüdlü Arzuman Əhmədov, 1962-ci il təvəllüdlü Orxan Novruzov və 1962-ci il təvəllüdlü Felya Əhmədova xəsarət alıb. Onlardan biri təcili tibbi yardım maşını ilə, digərləri isə vətəndaşların yardımı ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Qəzanın başvermə səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır