Modern.az

İranın nüvə obyektində terror

İranın nüvə obyektində terror

Aktual

11 Aprel 2021, 20:18

İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nətənz nüvə obyektində elektrik şəbəkəsindəki qəza terror aktı nəticəsində baş verib.

 

Modern.az-ın "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

 

"İran bu çirkin aktı qınayır və beynəlxalq cəmiyyətə və AEBA-ya nüvə terrorizminin bu cür təzahürləri ilə mübarizə aparmaq lazım olduğunu xatırladır", - deyə o bildirib.

 

Əli Əkbər Salehi əlavə edib ki, İran hadisəyə görə məsuliyyət daşıyanlara qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq