Modern.az

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı seçki müzakirəsinə başlayır

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı seçki müzakirəsinə başlayır

Təhsil

13 Sentyabr 2012, 13:12

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı (DCUMH) seçki qanunvericiliyi ilə bağlı təkliflərinin ictimai müzakirəsini keçirəcək. İctimai müzakirə 14 sentyabr 2012-ci il saat 11-00-dan 13-00-dək Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

Bu barədə məlumatı DCUMH-nın İdarə Heyətinin üzvü, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli verib. Onun sözlərinə görə, tədbirdə qurumun avqustun 6-dakı iclasında qəbul edilmiş “Seçki qanunvericiliyinin islahatının əsas istiqamətləri barədə” təklifləri müzakirə olunacaq. İctimai müzakirəyə beynəlxalq təşkilatların, səfirliklərin, siyasi partiyaların, QHT-lərin nümayəndələri eləcə də, seçki üzrə mütəxəssislər, politoloqlar, mətbuat nümayəndələri və s. dəvətlidirlər.

Xatırlatmaq istəyirik ki, DCUMH bu ilin yanvar ayında təsis olunub və  demokratik seçki mühitinin yaradılması uğrunda mübarizə aparan qurumdur. Hazırda bu qurumun tərkibində KXCP, Azadlıq, Azad Azərbaycan və Aydınlar Partiyası birgə fəaliyyət göstərir.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür