Modern.az

Mingəçevir və Qazaxda bıçaqlanma

Mingəçevir və Qazaxda bıçaqlanma

11 Aprel 2021, 22:59

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata görə, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Mingəçevirdə də bıçaqlanma hadisəsi baş verib.

 

Hadisə Günəşli yaşayış massivində baş verib.

1985-ci il təvəllüdlü şəhər sakini Haqverdiyev Fazil Hüseyn oğlu naməlum şəraitdə qarın nahiyəsindən kəsici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyat olunub.

 

Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.

 

Hər iki faktla bağlı araşdırma aparılır (apa).

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi