Modern.az

Azərbaycanda əlillərin müsabiqəsi keçiriləcək

Azərbaycanda əlillərin müsabiqəsi keçiriləcək

13 Sentyabr 2012, 13:15

“2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əlillərin VIII Ümumrespublika sərgi- müsabiqəsi keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, bununla bağlı artıq təşkilati işlərə başlanılıb. Sərgi-müsabiqədə əlillərin rəssamlıq, dekorativ tətbiqi sənət, xalçaçılıq, toxuma və hörmə, bədii tikmə, ağac üzərində iş, dulusçuluq və digər sahələr üzrə əl işləri nümayiş etdiriləcəkdir. Fərqlənən əlillərə mükafatların verilməsi nəzərdə tutulur. Tədbirdə iştirak etmək üçün bölgələrdən gələn əlillərin dövlət hesabına otellərdə yerləşdirilməsi, habelə onlara müvafiq xidmətlərin göstərilməsi təmin ediləcək. Əlillər arasında sərgi-müsabiqənin keçirilməsi yaradıcı əlillərin istedad və qabiliyyətlərinin aşkar olunaraq cəmiyyətə təqdim olunması, onların  yaradıcılığının dəstəklənməsi, həmçinin onlar arasında ünsiyyətin yaradılması,  onların cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edəkl ki, son 3 ildə 2 min nəfərdən çox yaradıcı əlil belə tədbirlərə cəlb olunub.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır