Modern.az

Marketə çörək almağa gedən koronavirus xəstəsi YAXALANDI

Marketə çörək almağa gedən koronavirus xəstəsi YAXALANDI

12 Aprel 2021, 10:00

Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakini Arif İsimxanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

 

Həmin şəxs ictimai yerdə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

 

A.İsimxanov barəsində Oğuz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?