Modern.az

Daha bir ölkədə ABŞ səfirliyi basıldı

Daha bir ölkədə ABŞ səfirliyi basıldı

13 Sentyabr 2012, 14:05

Liviya və Misirin ardınca Amerikanın daha bir ölkədəki diplomatik korpusu hücuma məruz qaldı

Amerikalı rejissorun həzrəti Məhəmmədi (s.) təhqir edən filmi müsəlman ölkələrində qarışıqlıq yaradıb. Liviyada ABŞ səfiri öldürüldü, Misirdə səfriliyə basqın edilib.

Son xəbərlərə görə, daha bir ölkədə ABŞ səfirliyi hücuma məruz qalıb. Modern.az xarici KİV-lərə istinadən bildiri ki, Yəməndə etirazçılar ABŞ səfirliyinə hücum ediblər.
Səfirliyin təhlükəsizlik personalının etirazçılara atəş açdığı bildirilir.

Yəmən hökuməti ABŞ səfirliyinə edilən basqınla bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, baş verən hadisələrdə səfirliyin əməkdaşları arasında həlak olan və xəsarət alan olmayıb. Səfirin isə təhlükəsizlik tədbirləri ilə əlaqədar yoxa çıxdığı qeyd edilib.

Hazırda orada vəziyyət gərgin olaraq qalmaqdadır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?