Modern.az

Daha bir partiya prezident seçkilərinə dair planlarını açıqladı

Daha bir partiya prezident seçkilərinə dair planlarını açıqladı

Təhsil

13 Sentyabr 2012, 14:13

Araz Əlizadə: “Biz heç kimin namizədliyini dəstəkləməyəcəyik”

2013-cü il prezident seçkilərinə doğru yaxınlaşdıqca, siyasi partiyalar da öz prioritetlərini müəyyən etməyə başlayıb. YAP, Müsavat, AXCP ilə yanaşı, siyasi müstəvidə sol mövqe tutan Azərbaycan Sosial Demokratlar Partiyası (ASDP) da prezident seçkiləri ilə bağlı öz planlarını açıqlayıb.

Bununla bağlı Modern.az-a açıqlama verən ASDP sədri Araz Əlizadə bildirib ki, onun təmsil etdiyi partiya seçkilərlə bağlı öz qərarını artıq verib. Partiya sədrinin sözlərinə görə, ASDP prezident seçkilərinə qatılsa da, heç bir bloka qoşulmayacaq.

“Biz bununla bağlı partiyanın qurultayında qərar qəbul etdik. Prezident seçkilərində iştirak edən heç bir namizədi dəstəkləməyəcəyik. Bu, bizim partiyanın yekun qərarıdır. Odur ki, qeyd edə bilərəm ki, biz seçkilərə heç bir birlik və blok şəkilində qatılmayacayıq. Özümüz iştirak edəcəyik. Mənim prezident seçkilərində iştirakımla bağlı hələlik heç nə deyə bilmərəm. Hələ bu haqda qərar verməmişik”, - deyə A.Əlizadə bildirib.  

Anar RÜSTƏMOV
 
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?