Modern.az

TQDK abituriyentlərə vaxt verdi

TQDK abituriyentlərə vaxt verdi

Təhsil

13 Sentyabr 2012, 14:35

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti sabah başa çatır. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının  (TQDK) mətbuat xidmətindən məlumat verilib. TQDK-dan bildirilib ki, ümumi  orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti  sentyabr ayının 14-də saat 17:00-da başa çatır. Qəbul olanlar həmin müddətə qədər tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.  Göstərilən müddətədək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək.  

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır