Modern.az

Arvadını öldürən ər HƏBS EDİLDİ

Arvadını öldürən ər HƏBS EDİLDİ

Aktual

12 Aprel 2021, 17:28

2 sentyabr 2020-ci ildə rayon sakini Məmmədova Təranə Həmid qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Sabirabad rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Sabirabad rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin əri Məmmədov Eyvaz Xeyrulla oğlunun  qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Təranə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Eyvaz Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!