Modern.az

Nigar Yaqublu 2 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər - Hüquqşünas

Nigar Yaqublu 2 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər - Hüquqşünas

13 Sentyabr 2012, 15:44

“Nigar Yaqublu barəsində həbs-qəti imkan tədbirinin seçilməsi çox absurd qərardır”. Bunu Modern.az-a açıqlamasında vəkil Yalçın İmanov deyib. Vəkil bildirib ki, istintaq dövründə, məhkəməyə qədərki müddətdə N.Yaqublu barədə həbs-qəti imkan tədbirinin seçilməsi çox böyük qanun pozuntusudur:

“Onun həbs olunmasının heç bir hüquqi əsası yoxdur. Həbs-qəti imkan tədbirinin seçilməsi üçün Cinayət Prosessual Məcəllənin 155-ci maddəsində əsaslar sadalanır. Əsaslar bundan ibarətdir ki, həmin insan istintaq orqanının çağırışına gəlmir, istintaqdan yayınır, şahidlərə qanunsuz təsir göstərir, istintaqın və məhkəmənin gedişinə təsir göstərir, gələcəkdə məhkəmə hökmünün icrasından yayına bilər, cinayət işi üzrə materialları saxtalaşdıra bilər və s. Amma bu əsasların heç birini N.Yaqubluya münasibətdə tətbiq etmək mümkün deyil. Çünki N.Yaqublu kifayət qədər tanınmış bir gəncdir, həmişə fəallığı ilə seçilib və yuxarıda sadalanan əməllərə yol verməsi qeyri-mümkündür”.

Y.İmanov bildirib ki, praktikada 263.2 və hətta 263.3-cü maddə üzrə iki və daha çox şəxsin ölümünə səbəb olma ilə bağlı məhkəməyə qədərki dövrdə həbs-qəti imkan tədbiri seçilmir. Vəkil düşünür ki, onun barəsində həbs-qəti imkan tədbirinin seçilməsi, bu xanımın siyasi mövqeyi ilə bağlı ola bilər.

“Bunu başqa cür əsaslandırmaq qeyri-mümkündür. Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ehtiyatsızlıqdan törədilmiş əməldir. Əgər təqsiri sübuta yetirilə bilərsə, Nigar Yaqublu 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Amma bu maddə üzrə azadlıqdan məhrumetmə cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. Gələcəkdə bu azadlıqdan məhrumetmə cəzası verilsə belə, ancaq məntəqə tipli cəzaçəkmə müəssisəsi verilə bilər. Nigar Yaqublunun təqsiri sübuta yetirilsə, indiyə kimi ancaq müsbət tərəfdən xarakterizə olunması, ilk məhkumluğu, zərərçəkmiş şəxsin ailəsinin şikayət etməməsi və s. kifayət edir ki, onun barəsində sanksiyada nəzərdə tutulmuş cəzanın ən aşağı həddi, yəni iki il götürülsün”.

Anar Kəlbiyev
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı