Modern.az

Yetkinlik yaşına çatmayanlarla işləyən nümayəndələrin səlahiyyəti artırılır

Yetkinlik yaşına çatmayanlarla işləyən nümayəndələrin səlahiyyəti artırılır

13 Sentyabr 2012, 16:15

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Modern.az xəbər verir ki, komitədə dörd məsələ müzakirə olunub. Bunlar “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə iki qanun layihəsi, “Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsi, Azərbaycan Respublikasının 2002-ci il 13 may tarixli qanunu ilə tətbiq edilmiş yetginlik yaşına çatmayanların işləri və hüquqlarının mühafizəsi üzrə komissiyalar haqqında Əsasnaməyə dəyişiklik edilməsi ilə bağlı sənəddir.

Komitə sədri Hadı Rəcəblinin sözlərinə görə, dördüncü məsələ ondan ibarətdir ki, hər bir rayonun İcra Hakimiyyətində yetkinlik yaşına çatmayanlarla bağlı müvafiq nümayəndələr fəaliyyət göstərir, oların səlahiyyətləri artırılıb. Bu səlahiyyətlər ondan ibarətdir ki, onlar yetkinlik yaşına çatmayanların yaşadıqları müəssisələrdə monitorinqlər apara biləcəklər. Eyni zamanda həmin şəxslərə bir sıra əlavə səlahiyyətlər verilir. Hadı Rəcəbli bildirib ki, komitə payız sessiyasında “Reproduktiv sağlamlıq haqqında” sənədi, ailə quran şəxslərin tibbi arayış istənilməsi məsələsi, valideyin himayəsindən məhrum olunmuş uşaqların təhsil haqqı məsələsi və ərzağın zənginləşdirilməsi məsələsini parlamentdə müzakirə çıxarmaq istəyir.

Bununla da Sosial siyasət komitənin iclası başa çatıb.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır