Modern.az

"Af Hotel Aqua Park" priton ittihamı ilə bağlı açıqlama yaydı

"Af Hotel Aqua Park" priton ittihamı ilə bağlı açıqlama yaydı

13 Sentyabr 2012, 17:12

Novxanıda fəalliyyət göstərən "Af Hotel Aqua Park" istirahət mərkəzinin rəhbərliyi DİN tərəfindən bu obyektdə əxlaqsızlıq yuvası - pritonun aşkar edilməsilə bağlı yayılan xəbərə münasibət açıqlayıb. Modern.az-a daxil olan rəsmi açıqlamada AF otel rəhbərliyi KİV-də yayılan məlumatlardan narahat olduğunu bildirib.

“Biz otellə bağlı bu gün yayılmış xəbərlərdən çox ciddi narahat olmuşuq. Öz tərəfimizdən bildiririk ki, Azərbaycan vətəndaşı Gülbahar Əlizadə bir ay əvvəl otelə qeydiyyat xidmətinə sınaq müddəti üçün işə götürülüb. Bir müddət oteldə işləyən Əlizadə özünün xidməti vəzifəsindən sui-istifadə edərək, qaydaları pozub və otelin nufuzunu təhlükə altına qoyub. Qeyd edək ki, oteldə qeydiyyat üçün pasport məlumatları zəruri olduğu halda Əlizadə bu qaydalara kobud şəkildə riayət etməyib.  
“Biz KİV-ə müraciətimizdə bəyan edirik ki, otelimiz ailəvi istirahət üçün nəzərdə tutulub və bu gün də belədir. Biz əmin edirik ki, otel heç vaxt qazanc xətrinə şübhəli və etimadsız obyekt səviyyəsinə enməyəcək.
”Af Hotel Aqua Park" olaraq 7 ildir ki, ailəvi istirahət mərkəzi kimi korporativ və mədəni tədbirlərin keçirildiyi məkandır. Yüksək xidmət səviyyəsi ilə biz ölkəmizin və xarici ölkələrin böyük şirkətlərinin və müəssisələrinin etibarını qazanmışıq”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi bildirilib ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı kəndindəki "Af Hotel Aqua Park" otelində, orada işləyən Gülbahar Əlizadə əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi