Modern.az

Yaponiyadan Elmar Məmmədyarova təbrik məktubu gəlib

Yaponiyadan Elmar Məmmədyarova təbrik məktubu gəlib

Aktual

13 Sentyabr 2012, 17:30

Xarici İşlər Nazirliyinin Modern.az-a verdiyi məlumata görə, Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlaqədar Yaponiyanın xarici işlər naziri Koiçiro Qemba Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təbrik məktubu göndərib.

Təbrik məktubunda iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə mövcud münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb və bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanı Yaponiyanın Cənubi Qafqazda ən əsas partnyoru adlandıran Yaponiya xarici işlər naziri siyasi və iqtisadi sahədə yaxın əməkdaşlıq münasibətlərinin mövcudluğundan məmnunluğunu bildirib.   Həmçinin cari ilin mart ayında Yaponiyada baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın dövlət başçısının başsağlığı mesajına və göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.  

Beynəlxalq arenada Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi mühüm rol oynadığı və Yaponiyanın bu istiqamətdə ölkəmizlə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğu qeyd edilib. Bununla yanaşı, Yaponiya tərəfi GUAM+Yaponiya formatı çərçivəsində bu il təşkilata sədr ölkə kimi Azərbaycanla birgə işləmək niyyətini vurğulayıb.  

Nihadə Eyyubova
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir