Modern.az

“Hesablama Palatasının əhatəliliyi artırılmalıdır” - Deputat

“Hesablama Palatasının əhatəliliyi artırılmalıdır” - Deputat

13 Aprel 2021, 13:07

“Hesab edirik ki, yeni alətlərdən istifadə etməklə Hesablama Palatasının fəaliyyətinin əhatəliliyi daha da artırılmalıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında bildirib.

 

T.Mirkişilinin sözlərinə görə, klassik audit fəaliyyətini maksimum elektronlaşdırması, strateji hədəf olaraq səmərəliliyi müəyən etməsi, adi pozuntulardan daha çox sistem pozuntularının aşkar olunmasını hədəfləməsi, bu sahədə dürüstlük və səffaflıq mədəniyyətinin daha da güclənməsi üçün müvafiq tövsiyələr hazırlaması daha çox nəticənin əldə edilməsinə imkan yaratmış olardı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir