Modern.az

Azərbaycanda “donuz qripi” təhlükəsi varmı? - AKTUAL

Azərbaycanda “donuz qripi” təhlükəsi varmı? - AKTUAL

Aktual

13 Sentyabr 2012, 17:50

Rusiya Federasiyası Dövlət Sanitariya Xidmətinin sədri Gennadi Onişşenko bir neçə gün öncə “donuz qripi” virusunun ölkədə yayılma təhlükəsinin mövcudluğu ilə bağlı məktəb direktorları və həkimlərə xəbərdarlıq edib. O bildirib ki, bu virusa indiyə qədər yüzlərlə amerikalı yoluxub. G.Onişşenko qeyd edib ki, hazırda yayılan virus “donuz qripi”nin yeni növüdür.

  Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Modern.az-a açıqlamasında Azərbaycanda belə təhlükə olmadığını söyləyib. Onun sözlərinə görə, Azərbaycanda donuzlarla bağlı vəziyyət nəzarət altında saxlanılır və hazırda heç bir xəstəlik halı aşkar olunmayıb:
“2008-ci ildə Qəbələdə Afrika taunu aşkar olunduqdan sonra biz sahibkarlara tapşırdıq ki, donuzları qapalı şəraitdə saxlasınlar və onlara reseptlə yem versinlər. Həm də ki, onlar həkimlərin  nəzarəti altında olurlar”.  

Y.Xanvəli həmçinin qeyd edib ki, Azərbaycana Rusiyadan donuz əti və donuz piyi gətirilmir və gətirilən məhsullar da bu cür hal müşahidə olunarsa, məhsullar məhv ediləcək. 

“Bu il “quş qripi” xəstəlikləri ilə bağlı iki dəfə monitorinq aparılıb və yenidən payız mövsümündə də monitorinq aparılacaq. Artıq quşlar köçürlər, “quş qrip”i də köçəri quşlar vasitəsilə keçə bilir. Bunun qarşısını almaq üçün profilaktik tədbirlər görülür, xəstəliyin keçməsinin qarşısı alınır”, –deyə Yolçu Xanvəli vurğulayıb.  

Sevinc İltifatqızı
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı