Modern.az

Ermənilərin məhv etdiyi bəzi ərazilər yalnız əkinə yararlı olacaq - Nazir müavini

Ermənilərin məhv etdiyi bəzi ərazilər yalnız əkinə yararlı olacaq - Nazir müavini

13 Aprel 2021, 13:40

“Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində 260, 3 hektar meşə fondu sahəsi olub. Həmin ərazilərin 228 min hektarı meşə ilə örtülü olub”.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O bildirib ki, həmin meşə ilə örtülü sahənin 54 min hektarı ermənilər tərəfindən məhv edilib.

 

“Bu, təxmini rəqəmdir. Çünki biz bu məlumatları kosmosdan aldığımız peyk çəkilişləri ilə müəyyən etmişik. Amma əraziyə yaxından baxış keçirildikdən sonra məhv olunan meşə sahəsinin nə qədər olduğu tam müəyyən ediləcək. Ermənistan sovet dövründə ən az meşəsi olan ərazi olub. Amma son zamanlar ən çox ağac istehsal edən ölkələr sırasında olub. Bu da ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində meşə zolaqlarını məhv etməsi nəticəsində olub.

 

Ermənilərin məhv etdikləri elə ərazilər var ki, ora yalnız əkinə yararlı olacaq. Amma elə ərazilər də var ki, ağaclar qırılsa da, sonradan həmin ərazilərdə yenidən ağac kötükləri özünü bərpa edib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər