Modern.az

AFFA 4 klubu cərimələdi

AFFA 4 klubu cərimələdi

13 Aprel 2021, 14:12

AFFA İntizam Komitəsi (İK) "Səbail" klubunun futbolçusu Məqsəd İsayevi 1 oyunluq cəzalandırıb.

 

Modern.az-ın məlumatına görə, buna 25 yaşlı müdafiəçinin "Sabah"la qolsuz heç-heçə etdikləri Premyer Liqanın XXII tur oyununda ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub. Klub İsayevə görə 200 manat məbləğində cərimələnib. "Sabah" isə 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat ziyana düşüb.

 

İK "Qəbələ"yə də 800 manat cərimə tətbiq edib. Əyalət təmsilçisinin 5 üzvü "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə sarı vərəqə alıb.

 

Komitə "Zirə" klubunu da eyni məbləğdə cərimələyib. Qəsəbə təmsilçisinin 4 oyunçusu "Keşlə" ilə qolsuz bərabərə qaldıqları oyunda sarı vərəqə ilə cəzalandırılıb. “Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün əlavə 800 manat da ödəməli olacaq.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?