Modern.az

Gömrükçülər “Priora”da silah aşkarladı

Gömrükçülər “Priora”da silah aşkarladı

Aktual

13 Aprel 2021, 14:24

Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Lada Priora" markalı nəqliyyat vasitəsi saxlanılıb.

 

Bu barədə Modern.az-a DGK-ya istinadən xəbər verir.

 

Yoxlama zamanı avtomobilin sağ oturacağının altındakı boşluqda gömrük nəzarətindən gizlədilən bir ədəd üzərində "MP-654 K. CAL 4,5 MM, T 17063963" yazısı olan pnevmatik tapança və həmin tapançaya aid daraq aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır